Ana Sayfa > İdman > “Qarabağ”ın oyunlarının vaxtı dəyişdirildi

“Qarabağ”ın oyunlarının vaxtı dəyişdirildi


25-11-2017, 14:38. Yazar: admin
“Qarabağ”ın oyunlarının vaxtı dəyişdirildi




Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.

aia.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, klub İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək Topaz Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib.

PFL “Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Neftçi” matçı 2 dekabr tarixdən 1 dekabr tarixə keçirilsin.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” matçları 29 noyabr tarixdən 28 noyabr tarixə keçirilsin.

aia.az
Geri dön