Ana Sayfa > Karusel / Ölkə > "Atam cəzamı eşidib öldü" - azadlıqdan məhrum edilən musiqiçi

"Atam cəzamı eşidib öldü" - azadlıqdan məhrum edilən musiqiçi


24-11-2017, 18:01. Yazar: admin
"Atam cəzamı eşidib öldü" - azadlıqdan məhrum edilən musiqiçi


ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında musiqiçi Murad Baxşıyevin həbsxana hekayələrindən bəhs edilib.

aia.az-ın məlumatına görə, musiqiçi 9 il 6 aylıq cəza aldığını deyib:

"Musiqiçiyəm, sənətə kiçik yaşlardan başlaşdım. El şənliklərində çıxışlar edirdim. Həbsimə səbəb olan hadisədən danışmaq istəmirəm. Cinayətə meyl etmişəm, ancaq yenə vurğulayıram ki, peşmanam. Atam bu cəzanı eşidəndən sonra dünyasını dəyişdi, anamın vəziyyəti xeyli pisləşdi. Kaş ki bu hadisə olmayaydı. Azadlığa çıxandan sonra bu sənəti davam etdirəcəm. Burada şəraitimiz var və məşqlər edirik. Oxumağa böyük sənətkarlardan dərs alaraq başlamışam. Musiqi verilişlərində iştirak edib, televiziyalara qonaq çağırılırdım. Dərəcəli diplomlarım var. Anam yanıma gəlir. Nənəm də təqaüdündən mənə də kömək edir".

aia.az

Geri dön