Ana Sayfa > Siyasət > Ukrayna Qarabağın Azərbaycana qaytarılmasını istəyir
Ukrayna Qarabağın Azərbaycana qaytarılmasını istəyir24-11-2017, 16:53. Yazar: admin |
“Ukraynanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi çoxdan bəllidir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” Bunu AzVision.az-a eksklüziv açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib. Səfir bildirib ki, Qarabağda mövcud status-kvo qəbuledilməzdir: “Ukraynada yaranan münaqişə nəticəsində bir daha əmin olduq ki, dondurulmuş münaqişə anlayışı yoxdur. Bütün bunlar sadəcə münaqişənin gizli formasıdır. Problemin kökü həll olunmadan, yəni ərazilər Azərbaycanın nəzarətinə qaytarılmayanadək sülh olmayacaq”. aia.az Geri dön |