Ana Sayfa > Karusel / Gündəm > Roma Papasından yeni QADAĞA

Roma Papasından yeni QADAĞA


24-11-2017, 16:25. Yazar: admin
Roma Papasından yeni QADAĞA



Son zamanlar radikal qərarları ilə ön plana çıxan Katolik dünyasının ruhani lideri Papa Fransesko kilsələrdə ayin zamanı söhbət etməyə və selfi çəkməyə qadağa qoyub.

aia.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Roma Papası kilsənin əyləncə yeri olmadığını deyib:

“Kilsədə səssizliyin olması lazımdır, söhbət etmək olmaz. Son zamanlarda kilsələrdə din adamları da özçəkim (selfi) edir. “Selfi” çəkimləri ətrafdakıların diqqətini dağıdır. Ətrafdakıları narahat edəcək hərəkətlərdən uzaqlaşmaq lazımdır”.

Xarici media bu xəbərləri verərkən Papa Franseskonun Vatikanda tez-tez inanclılarla və heyranları ilə selfilərinin görüntülərə yer verib.

aia.az
Geri dön