Ana Sayfa > Karusel / Gündəm > 14 azərbaycanlı uşaq həlak olub, 20-si yaralanıb – Erməni terroru nəticəsində

14 azərbaycanlı uşaq həlak olub, 20-si yaralanıb – Erməni terroru nəticəsində


24-11-2017, 11:57. Yazar: admin
14 azərbaycanlı uşaq həlak olub, 20-si yaralanıb – Erməni terroru nəticəsində


“Azərbaycanaın qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Həmçinin, Azərbaycan hökuməti bu sənəddən beynəlxalq tribuna kimi istifadə edərək, ilk dəfə Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırıb”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YAP-ın saytına müsahibəsində deyib.
Komitə sədri bildirib ki, bu hərbi münaqişə zamanı Azərbaycandan 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir.
“Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si yaralanıb”.
APA
Geri dön