Ana Sayfa > Siyasət / Manşet / Karusel > Azərbaycan BMT-yə hesabat verəcək

Azərbaycan BMT-yə hesabat verəcək


7-11-2015, 13:01. Yazar: admin


Azərbaycan digər ölkələrlə yanaşı, növbəti dəfə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın həyata keçirilməsi ilə bağlı BMT-də hesabat verəcək

"Report" xəbər verir ki, BMT-nin İşgəncələrə qarşı Komitəsinin sessiyası noyabrın 9-da başlayacaq və dekabrın 9-dək davam edəcək. Bu müddətdə həmçinin Avstriya, Danimarka, İordaniya, Çin və Lixtenşteynin də hesabatlarına baxılacaq.

Azərbaycanın hesabatına 11-12 noyabr tarixlərində baxılması planlaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Konvensiyaya qoşulmuş 158 iştirakçı-dövlətdən biridir və müntəzəm olaraq Komitə qarşısında hesabat verməlidir. Komitəyə isə 10 müstəqil ekspert daxildir.

"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya" 1984-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən təsdiq edilib. İndiyədək 156 dövlət onu ratifikasiya edib. Hər dörd ildən bir bütün iştirakçı-dövlətlər onun həyata keçirilməsi üçün qəbul olunmuş qanuni və inzibati tədbirlər barədə hesabat verir.
Geri dön