Ana Sayfa > Karusel / Siyasət > Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif

Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif


23-11-2017, 14:58. Yazar: admin
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif


Deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib.

AzVision.az-ın məlumatına görə, deputat "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır.

“Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”.

Z.Oruc təklif edib ki, Qarabağ əlillərindən bir nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məğul olsun.

aia.az
Geri dön