Ana Sayfa > Aia TV > Sultan türkiyə müğənnisi ilə bir səhnəni bölüşdü

Sultan türkiyə müğənnisi ilə bir səhnəni bölüşdü


23-11-2017, 12:28. Yazar: admin






Azərbaycanlı müğənni sevənlərinin qarşısında...



Ötən gün məşhur türkiyəli müğənni Mustafa Ceceli ilk dəfə Rusiyanın paytaxtı Moskva şəhərində "Vegas Crocus City"də gözlənilən konsertini verdi.

aia.az xəbər verir ki, türkiyəli müğənni səhnəni tək deyil, Moskvada yaşayan azərbaycanlı müğənni Sultan Məşədiyevlə bölüşdü.


"Vegas Crocus City"nın səhnəsində birinci Sultan möhtəşəm şou nümayiş etdirib. Pop star bir-birinin ardınca "Моя стихия" və "Красавица востока" kimi mahnılarını səsləndirib və hərəkətli mahnıları ilə tamaşacıları daha da coşduraraq, onlar tərəfindən gur alqışlarla qarşılandı.


Pop star Sultandan sonra türkiyəli müğənni Mustafa Ceceli musiqiçilərlə səhnəyə çıxıb. Konsertdə Mustafa Ceceli köhnə hit mahnıları ilə yanaşı, yeni mahnılarını ifa edib. Müğənninin heyranları Mustafanın mahnılarını onunla birlikdə ifa edirdilər.


Konsertdən sonra Sultan və türkiyəli müğənni Mustafa Ceceli görüşüb selfi də çəkdirib.



Qeyd edək ki, konserti "Azstudia" təşkil edib.


Geri dön