Ana Sayfa > Karusel / Siyasət > Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq23-11-2017, 11:11. Yazar: admin |
İki gündür 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. aia.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün yekunlaşacaq. Müzakirlər 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə aparılır. Üç gündür davam edən iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxildir: 1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında 7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında. aia.az Geri dön |