Ana Sayfa > Manşet / Siyasət > Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”


22-11-2017, 14:48. Yazar: admin
Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”




“Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də bu gün Soçidə Vladimir Putinlə görüş zamanı bu məsələ yenidən qaldırılacaq”

aia.az “Milliyet”-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ötən səfərim zamanı Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Cənab Putin mənə dedi ki, Rusiya problemin həlli üçün əlindən gələn hər şeyi edir. Mən bir daha Rusiya prezidentini beş rayonun qaytarılması məsələsinə həssas olmağa çağırdım. Artıq münaqişə 30-ilə yaxındır ki, davam edir. Bölgədə bu problemi həll edə biləcək yeganə güc Rusiyadır. Bu gün prezidentlərlə görüş zamanı imkan olan kimi problemi gündəmə gətirəcəyəm. Dağlıq Qarabağ bizim xüsusi məsələmizdir. Bunu kənara qoya bilmərik” - Türkiyə prezidenti qeyd edib.

aia.az
Geri dön