Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakı-Qazax magistralında naməlum kişi meyiti tapılıb

Bakı-Qazax magistralında naməlum kişi meyiti tapılıb


7-11-2015, 12:26. Yazar: admin
Bakı-Qazax magistralında naməlum kişi meyiti tapılıb
Tovuzda kimliyi məlum olmayan meyit tapılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, noyabrın 6-da axşam saatlarında Tovuz Mərkəzi Rayon Xəstəxanasına kimliyi məlum olmayan təxminən 40-45 yaşlarında olan kişi meyiti gətirilib. Bildirilib ki, meyit Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisində aşkarlanıb. Naməlum şəxsin avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Geri dön