Ana Sayfa > İdman > AFFA Sehiçi 3 oyunluq cəzalandırdı
AFFA Sehiçi 3 oyunluq cəzalandırdı22-11-2017, 12:27. Yazar: admin |
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Belə ki, noyabrın 17-də Premyer Liqanın XII turunun “Qarabağ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ” klubunun 13 №-li futbolçusu İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub. “Kəpəz” – “Səbail” matçında “Kəpəz” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Dedimar Ferreir aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub. aia.az Geri dön |