Ana Sayfa > Karusel / Siyasət > Deputat dövlət agentliyinin ləğvini təklif etdi
Deputat dövlət agentliyinin ləğvini təklif etdi21-11-2017, 17:13. Yazar: admin |
Millət vəkili Qüdrət Həsənquliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğv edilərək Energetika Nazirliyinə birləşdirilməsini təklif edib. AzVision.az xəbər verir ki, deputat belə təkliflə Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib. Millət vəkili vurğulayıb ki, gələn ilin dövlət büdcəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 7 milyon manat ayrılıması nəzərdə tutulub. Q.Həsənquliyevin sözlərinə görə, nazirlik öz sahəsini inkişaf etdirməklə büdcəyə vəsait cəlb edə bilər. aia.az Geri dön |