Ana Sayfa > Karusel / İdman > Bakı Olimpiya Stadionundan azarkeşlərə MÜRACİƏT

Bakı Olimpiya Stadionundan azarkeşlərə MÜRACİƏT


21-11-2017, 15:16. Yazar: admin
Bakı Olimpiya Stadionundan azarkeşlərə MÜRACİƏT



Bakı Olimpiya Stadionu noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ” və "Çelsi” arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.

aia.az.xəbər verir ki, Stadionun müraciətin bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq. Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.

aia.az
Geri dön