Ana Sayfa > Manşet / Gündəm > Mənsimovun şirkətində yoxlama aparılmayıb? - Açıqlama
Mənsimovun şirkətində yoxlama aparılmayıb? - Açıqlama21-11-2017, 14:43. Yazar: admin |
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin Rusiya nümayəndəliyində yoxlamalar aparması haqda yayılan xəbərlərə aydınlıq gətirilib. “Palmali” şirkətinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, bu məlumatlar tamamilə yalnışdır. “Xəbər tamamilə yalandır. Heç bir yoxlama aparılmayıb. Rusiya qanuni dövlətdir. Belə çirkin xəbərləri yayanalar barəsində kifayət qədər məlumatımız var”- deyə məlumatda bildirilib. Qeyd edək ki, Mənsimova məxsus şirkətdə yoxlamalar aparılması barədə xəbəri “Russia Today” saytı yayıb. aia.az Geri dön |