Ana Sayfa > Manşet / Gündəm > Rasim Balayevin müalicəsini dövlət üzərinə götürdü

Rasim Balayevin müalicəsini dövlət üzərinə götürdü


21-11-2017, 14:13. Yazar: admin
Rasim Balayevin müalicəsini dövlət üzərinə götürdü


Azərbaycanın Xalq artisti, tanınmış aktyor Rasim Balayev müalicə almaq üçün Türkiyəyə gedəcək.
Xalq artisti bildirib ki, onun müalicə xərclərini dövlət öz üzərinə götürüb.

"Məsləhət görüldü ki, Türkiyədə müalicə olunum. Sabah yola düşəcəyəm. Nə zaman qayıdacağımı bilmirəm. Bütün hazırlıqlar dövlət səviyyəsində ediləcək. Xərclərimin hamısı dövlət tərəfindən ödəniləcək. Hazırda səhhətim normaldır", -deyə R.Balayev vurğulayıb.

Qeyd edək ki, Rasim Balayev şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir.(azvision.az)

aia.az
Geri dön