Ana Sayfa > Gündəm / Manşet / Karusel > Deputat oğlu Bakının yol polisi rəisinin müavini oldu

Deputat oğlu Bakının yol polisi rəisinin müavini oldu


5-11-2015, 16:25. Yazar: admin

Ramil Usubov müvafiq əmr imzalayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib.
Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib.

Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.
Geri dön