Ana Sayfa > Manşet / Gündəm > Əflatun Amaşov Hindistanda keçirilən beynəlxaq toplantıda
Əflatun Amaşov Hindistanda keçirilən beynəlxaq toplantıda20-11-2017, 11:08. Yazar: admin |
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilmiş illik toplantısında iştirak edib. aia.az xəbər verir ki, toplantıda öncə təşkilata üzv ölkələrin ötən müddətdə gördükləri işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrinin kütləvi informasiya vasitələrindən şikayətlərinin araşdırılması, qərar və rəylərin çıxarılması olan Azərbaycan Mətbuat Şurasının tədbirləri ictimai qınağa əsaslanır. Bu, medianın özünütənzimləməsinin mahiyyətindən irəli gələn missiyadır və kifayət qədər effektiv nəticələr verir. Ə.Amaşov çıxışında mövcud xüsusdakı bir sıra statistik göstəricilərə də diqqət çəkib. Şura sədri həmçinin vurğulayıb ki, media məkanı dinamikdir, mətbuat şuraları artan tələbatları qarşılamaq, o cümlədən söz və ifadə azadlığı ilə bağlı tendensiyaları daim diqqətdə saxlamaq üçün özlərinin ənənəvi iş prinsiplərini təkmilləşdirməlidirlər. «Bəzən elə situasiyalar yaranır ki, onlara reaksiya verilməsi mütləqdir. Belə hallarda mətbuat şuraları üçün yanaşma nədən ibarət olmalıdır? Məsələn, söz və ifadə azadlığı ilə bağlı spekulyasiyalar. Düşünürəm ki, mövzu aktuallığını saxlayır. Xüsusən yeni medianın təşəkkül tapdığı, informasiya paylaşımı üçün münbit zəminin formalaşdığı indiki dönəmdə media azadlığının ayrı-ayrı cəmiyyət üzvlərinin mənafelərinə təsiri daha çox müzakirə edilməlidir. Təbii, medianın peşəkarlıq meyarları dəyişməzdir, sabitdir. Ancaq real vəziyyət bundan ibarətdir ki, internet məkanda baş verən qeyri-peşəkarlığın daha çox hüquqi müstəvidə müzakirəsinin vacibliyi məsələsi önə çıxır. Çünki media bəzən cəmiyyətdəki belə desək, azadlıq balansını öz xeyrinə dəyişir. Belə bir durumda inzibati müdaxilə üçün haqlı əsas yaranır. Hesab edirəm ki, mətbuat şuraları işlərini elə şəkildə qurmalıdırlar və elə mexanizmlər işlənməlidir ki, bu müdaxiləyə ehtiyac qalmasın»., - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib. Oxşar mövzu illik toplantı çərçivəsində keçirilmiş «Dünyada qlobal dəyişikliklər və medianın məsuliyyəti» mövzusundakı «dəyirmi masa»da da müzakirə olunub. «Dəyirmi masa»da eyni zamanda müxtəlif siyasi proseslərin mediaya təsiri, peşəkarlıqla bağlı yeni standartlar da müzakirə mövzusuna çevrilib. Ə.Amaşov toplantıdakı çıxışında Azərbaycan mediasının vəziyyəti barədə məlumat verib, dünyada ikili standartların mövcudluğu şəraitində medianın ümummilli maraqlara yanaşması ilə bağlı məsələlərdən söz açıb. Ə.Amaşov həmçinin Hindistanda Milli Mətbuat Günü ilə əlaqədar təşkil olnunan bayram tədbirinə də qatilib. Hindistan jurnalistlərini azərbaycanlı həmkarları adından təbrik edən MŞ sədri Hindistandakı eyni adlı qurumun rəhbərinə simvolik hədiyyə kimi hind tacirlərinin Bakıda tikdirdikləri Atəşgah məbədinin maketini təqdim edib. aia.az Geri dön |