Ana Sayfa > Karusel / Siyasət > NATO baş katibi Türkiyədən üzr istədi
NATO baş katibi Türkiyədən üzr istədi17-11-2017, 16:47. Yazar: admin |
Hərbi təlimlər zamanı Türkiyən prezidenti Rəcəp Tayyib Ərdoğanın və Mustafa Kamal Atatürkün şəkillərinin poliqonda hədəf qismində istifadə olunması NATO-nun mövqeyini əks etdirmir. aia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib. Stoltenberq baş verən hadisəyə görə Türkiyədən üzr istəyib. Qeyd edək ki, NATO-nun təlim mərkəzində Türkiyə dövlətinin qurucusu Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri atış üçün hədəf kimi seçilib. Bundan sonra Türkiyə NATO-nun Norveçdəki mərkəzi komandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb.(azvision.az) aia.az Geri dön |