Ana Sayfa > Gündəm > “Ermənistan Qarabağda təbii sərvətlərimizi talan edir” - Nazir
“Ermənistan Qarabağda təbii sərvətlərimizi talan edir” - Nazir16-11-2017, 17:07. Yazar: admin |
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü tərəflər konfransının yüksək səviyyəli seqmentinin plenar iclasında çıxış edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, H. Bağırov çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu və bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın iki il əvvəl qəbul etdiyi Paris razılaşması üzrə 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürdüyünü bildirib. Nazir hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə arid və semi-arid ərazilərdə yeni meşə massivlərinin salındığı qeyd edib. O, elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması, yeni aqromeşə plantasiyalarının salınması və s. nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 650 milyon ton karbon tullantısının azaldıldığı və bütün bu tədbirlərin Azərbaycan dövlətinin öz maliyyə vəsaiti hesabına həyata keçirildiyi vurğulayıb. H. Bağırov çıxışında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını diqqətə çatdırıb. Nazir bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə maneə olduğunu, Birləşmiş Millətlər Təşkilatının bu sahədə təsir gücünün daha da artırılmasının vacibliyini bildirib. aia.az Geri dön |