Ana Sayfa > Karusel / Gündəm > Prezident “Azərsu”-ya 10 milyon ayırdı

Prezident “Azərsu”-ya 10 milyon ayırdı


16-11-2017, 17:06. Yazar: admin
Prezident “Azərsu”-ya 10 milyon ayırdı


Azərbaycan prezidenti İlham Əliyev Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

aia.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

aia.az
Geri dön