Ana Sayfa > Gündəm > Xırdalanda 23 bina təmir olunacaq
Xırdalanda 23 bina təmir olunacaq16-11-2017, 17:06. Yazar: admin |
Prezident İlham Əliyev noyabrın 16-da “Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. aia.az xəbər verir ki, Sərəncama əsasən, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. aia.az Geri dön |