Ana Sayfa > Manşet / Ölkə > Əhalinin sayı 9 milyon 875 min 273 nəfərə çatdı
Əhalinin sayı 9 milyon 875 min 273 nəfərə çatdı16-11-2017, 14:33. Yazar: admin |
İlin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər və ya 0,7% artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən aia.az-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. aia.az Geri dön |