Ana Sayfa > Karusel / Gündəm > Usubov xanım polkovniki də təqaüdə göndərdi
Usubov xanım polkovniki də təqaüdə göndərdi15-11-2017, 16:51. Yazar: admin |
Daxili işlər naziri, general Ramil Usubov daha bir polkovniki təqaüdə göndərib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Mühasibatlıq Şöbəsinin rəisi, polis polkovniki İlqarə Məhərrəmova vəzifəsindən çıxarılıb. O, xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib. Hələ ki, yerinə təyinat yoxdur. Qeyd edək ki, həmin İdarənin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov da təqaüdə göndərilib. aia.az Geri dön |