Ana Sayfa > Karusel / Aia TV > Azərbaycan gözəli türkiyəli məşhurun klipində - foto

Azərbaycan gözəli türkiyəli məşhurun klipində - foto


15-11-2017, 10:38. Yazar: admin




“Azərbaycan gözəli - 2016” seçilən Günel Ağayeva türkiyəli müğənni Serdar Saygılın klipinə çəkilib.


aia.az-ın məlumatına görə, Günel təklifin qardaş ölkədən gəldiyini söyləyib:

“Artıq bir neçə aydır İstanbulda yaşayıram. Oradakı prodüser şirkətindən klip təklifi gəldi. Mən də qəbul etdim. Klipin rejissoru Sinan Güzeldir O, Türkiyədə Aynur Yılmaz, Zuhal, Sertaç Yüce, Koray Çatal kimi sənətçilərə klip çəkib”.

Qeyd edək ki, ötən həftə “Azərbaycan gözəli - 2016” gözəllik müsabiqəsinin qalibi Günel Ağayeva Türkiyədə iştirakçısı olduğu “Hande Ataizi ile” evlilik verilişində namizədindən ayrılaraq proqramı tərk etmişdir.

aia.az
Geri dön