Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Bakıda “kupça”ların paylanmasına başlanıldı

Bakıda “kupça”ların paylanmasına başlanıldı


4-11-2015, 19:13. Yazar: admin

“Bu, bazarda aktivliyin artmasına təkan verir”.

“Kütləvi çıxarış” kampaniyası artıq Bakı şəhərində də keçirilməyə başlayıb.

Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib.

Belə ki, Səbail rayonunda start götürən kampaniya “bir pəncərə” prinsipi əsasında bu dəfə bu gün Sabunçu rayonunda baş tutub.

“Rayonun Bakıxanov qəsəbəsində yerləşən 88 mənzilli binada yaşayan sakinlər kampaniyadan faydalanıb. Binadakı 30 mənzil sahibinə dövlət reyestrindən çıxarışlar təqdim olunub. Həmçinin, 50-dən çox vətəndaşdan mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin hüquqi sənədlər qəbul olunub”, - komitədən qeyd edilib.

Xatırladaq ki, kampaniya çərçivəsində yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.

““Kütləvi çıxarış” kampaniyasının geniş formatda keçirilməsi ölkədə daşınmaz əmlak bazarının aktivliyinin artmasına, alqı-satqı proseslərinin stimullaşmasına səbəb olur. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir”, - deyə komitədən bildirilib.
Geri dön