Ana Sayfa > Cəmiyyət > Xocavənddə mina tapılıb

Xocavənddə mina tapılıb


13-11-2017, 17:38. Yazar: admin
Xocavənddə mina tapılıb




Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Qarasu kəndi ərazisində mərminin olması barədə məlumat daxil olub.

ANAMA-dan bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq mina noyabrın 13-də partlayış yolu ilə zərərsizləşdirilib.

aia.az
Geri dön