Ana Sayfa > Karusel / İdman > Ronaldu qız atası oldu - FOTO

Ronaldu qız atası oldu - FOTO


13-11-2017, 10:02. Yazar: admin
Ronaldu qız atası oldu - FOTO



Madrid "Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun ailəsində artım baş verib.


aia.az xəbər verir ki, Portuqaliya yığmasının kapitanı qız atası olub. Belə ki, Kriştianu Ronaldunun xanımı Corcina Rodriges noyabrın 13-də qız övladı dünyaya gətirib. Bu barədə Ronaldu Instagram səhifəsində bildirib ki, şəkil paylaşıb.

Dünyaya gələn körpənin adını Martina qoyublar.

Xatırladaq ki, bu il iyunun 8-də 32 yaşlı futbolçu əkiz uşaq atası oldu. ABŞ-da yaşayan surroqat ana Portuqaliya yığmasının kapitanına oğlan və qız dünyaya gətirib. Əkizlərə Yeva və Matteo adı verilib. Ronaldunun 7 yaşlı oğlunu da surroqat ana dünyaya gətirib.
Geri dön