Ana Sayfa > Cəmiyyət > Binəqədidəki yanğında polis mayoru zəhərlənib

Binəqədidəki yanğında polis mayoru zəhərlənib


11-11-2017, 13:15. Yazar: admin
Binəqədidəki yanğında polis mayoru zəhərlənib



Noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.

aia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

aia.az
Geri dön