Ana Sayfa > Karusel / Cəmiyyət > DİN polislərin öldüyü qəza ilə bağlı məlumat yaydı

DİN polislərin öldüyü qəza ilə bağlı məlumat yaydı


11-11-2017, 11:56. Yazar: admin
DİN polislərin öldüyü qəza ilə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat barədə məlumat yayıb.

aia.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi "Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər.

E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön