Ana Sayfa > Cəmiyyət > FHN Bakıdakı yanğında 15 nəfəri xilas edib

FHN Bakıdakı yanğında 15 nəfəri xilas edib


11-11-2017, 11:45. Yazar: admin
FHN Bakıdakı yanğında 15 nəfəri xilas edib


FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

aia.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib.

Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

aia.az
Geri dön