Ana Sayfa > Manşet / Gündəm > “Azəravtoyol” ASC-nin xəbəri olmadan yeni çəkilmiş yol dağıdılır

“Azəravtoyol” ASC-nin xəbəri olmadan yeni çəkilmiş yol dağıdılır


10-11-2017, 16:34. Yazar: admin
“Azəravtoyol” ASC-nin xəbəri olmadan yeni çəkilmiş yol dağıdılır



E-mailimizə müraciət edən vətəndaşın dedikləri: "Koroğlu metrosundan Bakıxanov istiqamətində (köməkçi yol) körpünün sonundakı dairənin sağ tərəfində böyük bir obyekt tikilir (kimə aid olduğu bilinmir). Həmin obyektə görə qısa zaman çərçivəsində həmin yol "Azəryolservis" tərəfindən yenidən qurulub. (Dövlət vəsaiti hesabına) Amma kimsə şəxsi maraqlarıına görə külli miqdarda yol infrastrukturuna ziyan vurur.

Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidməti Anar Nəcəfli ilə əlaqə saxladıq. A. Nəcəfli bildirdi ki: "Orada görülən işlərlə bağlı bizim məlumatımız yoxdur."

P.S. Çox təəssüf, bu qədər dövlət vəsaiti xərclənən yol infrastrukturuna ziyan vurulur, əlaqədar qurumun xəbəri yoxdur!

aia.az
Geri dön