Ana Sayfa > Karusel / Gündəm > Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı


10-11-2017, 12:10. Yazar: admin
Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağrılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə faktı təstiqləyib.

O bildirib ki, E.Mahmudov məlum cinayət işi ilə bağlı yenidən ifadə verməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

AİA.Az
Geri dön