Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Azərbaycanda torpaq sahələri ilə bağlı VACİB QƏRAR

Azərbaycanda torpaq sahələri ilə bağlı VACİB QƏRAR


4-11-2015, 13:06. Yazar: admin
Azərbaycanda torpaq sahələri ilə bağlı VACİB QƏRAR
Cərimələr artırıldı

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Aia.az AzərTAc-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Məcəllənin 70-ci maddəsi ləğv edilib.

Bundan başqa 88-1-ci maddə aşağıdakı redaksiyada verilib:

“Maddə 88-1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi

88-1.1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

88-1.2. Bu Məcəllənin 88-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”.

3. 88-3-cü maddə üzrə:

3.1. dispozisiyasına “mühafizə zonalarındakı torpaq sahələri” sözlərindən sonra “, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri əlavə edilsin;

3.2. sanksiyasında “altmış manatdan doxsan manatadək miqdarda” sözləri “min beş yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

Qeyd edək ki, 70-ci maddə meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsini əks etdirirdi.
Geri dön