Ana Sayfa > Karusel / Aia TV > "Rihanna, Ledi Qaqa geyinsəydi, ağzınızın suyu axardı"

"Rihanna, Ledi Qaqa geyinsəydi, ağzınızın suyu axardı"


8-11-2017, 15:09. Yazar: admin



Aparıcı Vüsalə Əlizadə “Zülmət mələyi” fotosessiyasının müzakirə və tənqid olunmasına əsəbiləşib.

aia.az-ın məlumatına görə, tanınmış aparıcı zibil sellofanlarından hazırlanmış geyimini bəyənməyib müzakirəyə çıxaranlara sosial şəbəkə vasitəsilə cavab verib:

“Dünəndən saytlarda yazılan xəbərlərə və şərhlərə gülürəm. Necə səviyyəsiz və cahilsiniz. Bu düşüncə ilə hara gedirsiniz? Ona görə də olduğunuz yerdən heç yerə tərpənə bilməyəcəksiniz. Çünki içinizdəki çirkablar daşlaşıb, sizi həmişə aşağı çəkib və çəkəcək. Sadəcə gülürəm. Əvvala, bu zibil torbası yox, mağazadan alınmış təmiz “klyonka”dır. Arzusunda olanlar üçün bir top alıb göndərə bilərik.

İkincisi, bu,Şəlalə Maqsudovanın ideyasıdır. Mənim fikrim deyil. Mən sadəcə model olaraq geyimə obraz vermişəm. Bunu sənət kimi qəbul etmək çoxuna çətin gələ bilər, o qədər də inkişaf etməmisiniz, sizi qınamıram. Daha sonra bu geyim şəhərdə gəzmək, toya getmək üçün deyil.

Dünyada dizaynerlər belə iş təqdim etməklə milyonlar qazanır. Biz özümüzünkülərin ətini yeyib, qanını içirik. Siz batırsız deyə biz inkişaf etməyək? Artmağı bacarmırsınız, heç olmasa başqasına badalağ vurmayın. Rihanna, Ledi Qaqa geyinsəydi, ağzınızın suyu axardı. Çox təəssüf ki, bu sənəti anlayacaq qədər inkişaf etməmisiniz!”.

aia.az
Geri dön