Ana Sayfa > Gündəm / Manşet / Karusel / Seçilənlər > Bərdə şəhərində “Cəbhə bölgəsində dövlət rəmzlərinin təbliği” adlı görüş keşirildi
Bərdə şəhərində “Cəbhə bölgəsində dövlət rəmzlərinin təbliği” adlı görüş keşirildi4-11-2015, 11:58. Yazar: admin |
3 noyabr 2015-ci il tarixdə Bərdə şəhər 8 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Cəbhə bölgəsində dövlət rəmzlərinin təbliği” adlı layihə çərçivəsində gənc müəllim və şagirdlərlə tədbir keçirilmişdir. Tədbirə Qarabağ müharibəsi veteranları,KİV nümayəndələri və fəal gənclər dəvət olunmuşdur. Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tədbir iştirakçılarını təşkilatçılar adından salamladı və qonaqları təqdim etdi.Sonra o,mövzu ilə bağlı qısa məlumat verdi. Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov gəncləri qarşıdan gələn “Bayraq günü” münasibətilə təbrik etdi və çıxışına ümummilli lider Heydər Əliyevin sözləri ilə başladı:”Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan dövlətinin müstəqilliyinin təcəssüm etdirən müqəddəs rəmzlərdir.Vətəndaşlarımıza,xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir...”Sonra o, Gənclər və İdman idarəsinin əlaqədar təşkilatlarla birgə yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən danışdı. “Cəbhə bölgəsində dövlət rəmzlərinin təbliği” layihəsinin rəhbəri Zibeydə Eyvazova layihə barədə geniş və ətraflı məlumat verərək,dövlət rəmzlərinin yaranma tarixindən danışdı. Rayon təhsil şöbəsinin metodisti Vüsal Quliyev məktəblərdə bü sahədə görülən işlərdən danışdı. İTV-nin Qarabağ bölgəsi üzrə müxbiri, Qarabağ müharibəsi veteranı Şöhrət Eyvazov çıxışında Azərbaycan Respublikasının Konstitusiyasının 75 maddəsinində dövlət rəmzlərinin statusunun qeyd olunmasından,belə tədbirlərin vacibliyindən və KİV-nin yeniyetmə və gənclərin vətənpərvər rühda tərbiyə olunmasındakı rolundan danışdı. Ukraynanın Vinitsa vilayətinin Azərbaycanlı Gənclər Birliyinin sədri Adil Aydınoğlu çıxış edərək Ukraynada yaşayan və təhsil alan gənclərin də Azərbaycanın dövlət rəmzlərinin tanıdılmasında fəal olduqlarından və bu sahədə gördükləri işlərdən danışdı. Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin gənclərin çağırışaqədərki hazırlıq fənni rəhbəri,Qarabağ müharibəsi veteranı,”Ehtiyatda olan zabitlər konfederasiyası”nın Bərdə rayon şöbəsinin sədri,ehtiyatda olan mayor Şamil Abdullayev çıxış edərək dövlət rəmzlərinə hörmətlə yanaşmağın hər bir vətəndaşın müqəddəs borcu olmasından danışdı və qeyd etdi ki,orduda hər hansı bir hərbi hissə döyüş bayrağını əldən verərsə,o hərbi hissə dərhal ləğv edilir. Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində dövlət rəmzləri ilə bağlı hazırlanmış bukletlər və təqvimlər paylandı. Rayonda yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi sahəsində gösrərdiyi fəallığa görə “Cəbhə bölgəsində dövlət rəmzlərinin təbliği” layihəsinin rəhbəri Zübeydə Eyvazova Bərdə rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif edildi. Tədbirə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vurdu. Sonda xatirə şəkilləri çəkildi. Geri dön |