Ana Sayfa > Təhsil > BDU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

BDU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib


7-11-2017, 12:57. Yazar: admin
BDU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib


Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Şuranın gündəliyini elan edən rektor, akademik Abel Məhərrəmov universitetin 100 illik yubileyinə hazırlıq haqqında məlumat verib, görülən işlərdən danışıb.

Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov və Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev tədrisin və elmi fəaliyyətin təşkili və təkmilləşdirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında hesabat ilə çıxış ediblər.

Sonra çıxışlar ətrafında müzakirələr aparılıb.

Elmi Şuranın iclasında elmi adların verilməsi, yubilyarların təbrik edilməsi kimi məsələlərə də baxılıb.
AIA.Az

Geri dön