Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda ağır qəza - Ölənlər və yaralananlar var

Bakıda ağır qəza - Ölənlər və yaralananlar var


7-11-2017, 11:44. Yazar: admin
Bakıda ağır qəza - Ölənlər və yaralananlar var


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AIA.Az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Qala-Pirallahı yolunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı, 99 GX 886 dövlət nömrə nişanlı avtomobil ilə Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2106” markalı, 10 GR 258 nömrəli maşın toqquşub.

Nəticədə “VAZ-2107”də olan sərnişinlərdən 52 yaşlı Babaxan Fətullayev ilə 5 yaşlı Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Daha 5 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü azyaşlıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AIA.Az
Geri dön