Ana Sayfa > Gündəm / Manşet / Karusel > Zakir Həsənov Qazaxıstana gedib

Zakir Həsənov Qazaxıstana gedib


3-11-2015, 15:34. Yazar: admin
Zakir Həsənov Qazaxıstana gedib
Noyabrın 3-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər noyabrın 5-dək davam edəcək.
Geri dön