Ana Sayfa > Manşet / Siyasət > MSK-nın bəzi səlahiyyətləri əlindən alınır

MSK-nın bəzi səlahiyyətləri əlindən alınır


6-11-2017, 15:08. Yazar: admin
MSK-nın bəzi səlahiyyətləri əlindən alınır




Mərkəzi Seçki Komissiyasının bəzi səlahiyyətləri əlindən alınır.

Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 25-ci maddəsinin (Mərkəzi Seçki Komissiyasının vəzifələri) 25.2.6-cı və 25.2.11-ci bəndlərinə dəyişiklik təklif edilir.

Təklif olunan dəyişikliyə görə, Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:

25.2.6. seçki (referendum) bülletenlərinin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki (referendum) sənədlərinin (bundan sonra — seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını təmin edəcək.

25.2.11. seçki bülletenlərinin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə protokollarının və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edəcək.

Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

aia.az
Geri dön