Ana Sayfa > Parlament / Aia TV / Karusel > Qəza bir ailənin 3 üzvünü xəstəxanalıq etdi

Qəza bir ailənin 3 üzvünü xəstəxanalıq etdi


3-11-2015, 14:40. Yazar: admin
Qəza bir ailənin 3 üzvünü xəstəxanalıq etdi
Xəstəxanadan yaralıların vəziyyətinin orta ağır olduğunu bildirdilər.
Goranboyda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Goranboy Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər Gülüstan qəsəbisi 11/5 ünvanında yaşayan Saday Sədir oğlu Quliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanmış "Qazel" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə nəticəsində sürücü və atvomobildə olan sərşinlər- sürücünün həyat yoldaşı 1960-cı il təvəllüdlü Həvayət Məmməd qızı Quliyevə və oğlu 1990-cı il təvəllüdlü Nəzir Saday oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan yaralıların vəziyyətinin orta ağır olduğunu bildirdilər.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir müddət əvvəl də Goranboyda oxşar qəza baş verib. Rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınan hadisə zamanı Goranboy rayon sakini 1961-ci il təvəllüdlü Aslan İbrahimov idarə etdiyi “VAZ 2106” markalı şəxsi avtomobili ilə gedərkən idarəetməni itirib və qarşısında hərəkət edən “MAN” markalı yük avtomobilinə arxadan çırpılıb.

Hadisə nəticəsində “VAZ 2106”-da olan sürücü A.İbrahimov və sərnişinlər İsmayılova Yeganə Əhəd qızı, İsmayılova Ülzanə Süleyman qızı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Lakin həkimlərin səyinə baxmayaraq sürücü A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Geri dön