Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanda səsvermə qaydası dəyişdirilir
Azərbaycanda səsvermə qaydası dəyişdirilir4-11-2017, 12:49. Yazar: admin |
Azərbaycanda keçiriləcək seçkilərdə səsvermə qaydası dəyişdiriləcək. aia.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 104.7-ci bəndi ləğv edilir.Hazırki qanunvericiliyə görə, (104.7-ci maddə) məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır. Təklif olunan dəyişiklikdə isə 104.7-ci bənd ləğv edilir.Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.(modern.az) aia.az Geri dön |