Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bakıda traktorla dənizə girdilər

Bakıda traktorla dənizə girdilər


3-11-2015, 14:34. Yazar: admin
Bakıda traktorla dənizə girdilər
Dənizdə qalan şəxshin köməyinə FHN çataıb.
Bakıda qəribə hadisə. Paytaxt sakini soyuq payz günü dənizə girib. Maraqlısı isə odur ki, o dənizə traktorla girib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qəribə hadisə Bakı şəhəri, Sabunçu rayonunda baş verib. 1 nəfər (sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m solda, nəzarətsiz ərazidə) traktorla dənizə girib. Lakin suyun dərinliyi cox olduğundan geriyə quru əraziyə çıxa bilməyib.

Boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 05:15-də başa çatıb.

Adı açıqlanmayan şəxsin nə məqsədlə dənizə girdiyi açıqlanmayıb.

Bundan başqa Bakıda bir gündə üç dəfə FHN xilasediciləri dağıalan civəni təmizləyiblər. Hər üç halda - Yasamal, Nərimanov, Suraxanları rayonlarında mənzillərdə termometr sınaraq civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib.

Geri dön