Ana Sayfa > Gündəm / Manşet / Karusel > Dövlət işində işləmək istəyənlərə – YENİ FÜRSƏT

Dövlət işində işləmək istəyənlərə – YENİ FÜRSƏT


3-11-2015, 14:15. Yazar: admin

Komissiya məlumat yaydı.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən noyabrın 3-dən 3 dövlət orqanında 19 vakant vəzifənin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə 11 vakant dövlət qulluğu vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

Komissiyadan Oxu.Az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

Komissiyadan qeyd edilib ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 10-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar noyabrın 3-dən dekabrın 2-dək müraciət formasını komissiyanın rəsmi internet səhifəsindən qeydiyyatdan keçərək doldurmalıdırlar, müsahibədə iştirak etmək arzusunda olanlar isə sənədlərini noyabrın 3-dən 23-dək komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Geri dön