Ana Sayfa > Parlament / Aia TV / Karusel > Bakıda qardaş qardaşın qanını axıtdı
Bakıda qardaş qardaşın qanını axıtdı3-11-2015, 14:09. Yazar: admin |
İki qardaşın mübahisəsi bıçaqlanma ilə bitib. Bakıda iki qardaşın mübahisəsi qanla bitib. ANS PRESS-in məlumatına görə, qanlı hadisə Xətai rayonu Zığ qəsəbəsi Naximov küçəsində baş verib. 35 yaşlı Rövşən Məmmədovla qardaşı Əvəz arasında yaşadığı ünvanda mübahisəsi düşüb. Mübahisə zamanı Əvəz sərxoş olduğu deyilən qardaşı Rövşənə bıçaqla bir neçə zərbə endirib. Yaralı şəxs təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanaya çatdırılıb. Qardaşı tərfindən qanı axıdılan Rövşən Məmmədov dərhal əməliyyat olunub. Hadisəni təfərrüatları Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırır. Qardaşının qanını axıdan Əvəz Məmmədov isə artıq saxlanılıb. Geri dön |