Ana Sayfa > Karusel > At əti satan daha bir nəfər saxlanıldı

At əti satan daha bir nəfər saxlanıldı


2-11-2017, 18:38. Yazar: admin
At əti satan daha bir nəfər saxlanıldı


Polis orqanları tərəfindən insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Noyabrın 2-də daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi “Qazel” markalı avtomobilə baxış keçirilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, 7 hissəyə bölünmüş ümumi çəkisi 180 kiloqram olan at əti və 1 at başı aşkar olunub.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

aia.az
Geri dön