Ana Sayfa > Siyasət > Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək
Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək2-11-2017, 18:37. Yazar: admin |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də ATƏT-in baş katibi Tomas Qremingerlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Modern.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. M.Zaxarova qeyd edib ki, bu görüş T.Qremingerin ATƏT baş katibi vəzifəsində Moskvaya ilk səfəri çərçivəsində baş tutacaq. aia.az Geri dön |