Ana Sayfa > Karusel / Ölkə / Seçilənlər-3 > Texniki Universitetdə təhsil haqqının uçotu düzgün aparılmayıb
Texniki Universitetdə təhsil haqqının uçotu düzgün aparılmayıb2-11-2017, 16:09. Yazar: admin |
Azərbaycan Texniki Universitetində tələbələrin təhsil haqqının uçotu müvafiq qaydada aparılmayıb. AİA.Az xəbər verir ki, bu barədə Trend Hesablama Palatasına istinadən məlumat verir. Universitetin tələbə qəbulu planı bakalavr təhsil pilləsi üzrə 2015/2016-cı tədris ilində 33 ixtisas üzrə 92,7%, 2016/2017-ci tədris ilində 84,3%, magistratura təhsil səviyyəsi üzrə müvafiq olaraq 47% və 54%, universitetin gəlirləri 2015-ci ildə 100,8%, 2016-cı ildə 97,5%, 2017-ci ilin 6 ayı ərzində 54,4% yerinə yetirilib, xərclər smetası isə müvafiq olaraq 95,3%, 89,6%, 36,9% icra olunub. 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 26,7%-nin akademik borcu qalıb, 17,5%-i imtahan sessiyasını əla, çox yaxşı və yaxşı qiymətlərlə başa vura bilib. Bu göstərici magistratura təhsil səviyyəsi üzrə 9,5% və 43,1%, "SABAH" tədris qrupları üzrə 7,2% və 60,8% olub. Audit dövrünün əvvəlinə ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqqına görə ödənilməmiş 75,8 min manat və 13,6 min ABŞ dolları borc məbləği, audit dövrünün sonuna isə müvafiq olaraq 363,9 min manat və 36,8 min ABŞ dolları borc məbləği mühasibat uçotunda debitor borc kimi əks etdirilməyib, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı dövlət büdcəsinə qaytarılmayıb. Universitet tərəfindən bəzi hallarda Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın tələblərinə əməl olunmayaraq elmi dərəcəsi olmayan müəllim və assistentlərə mühazirə saatları verilib, şöbə və kafedralarda normadan artıq laborant ştatları saxlanılıb. "Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-müdafiəsi haqqında" qanunun tələblərinə əməl edilməyərək, bu kateqoriyadan olan və akademik borcu olan, həmçinin Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nın tələblərinə əməl edilməyərək Azərbaycan vətəndaşı olmayan tələbələrə təqaüd ödənilib. AİA.Az Geri dön |