Ana Sayfa > Gündəm / Manşet / Karusel > Abid Şərifov: “Avtovağzalın qarşısındakı sürüşmə-çökmə ciddi məsələdir"
Abid Şərifov: “Avtovağzalın qarşısındakı sürüşmə-çökmə ciddi məsələdir"3-11-2015, 13:48. Yazar: admin |
"İstinad divarlarının aşmaması üçün dirəklər vurulub" “Həmin ərazidə yağış kollektoru olmadığından istinad divarlarında axma baş verib. Bununla bağlı mütəxəssislər tərəfindən layihə hazırlanıb və işlər həyata keçirilir”. Bunu APA-ya açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə-çökməyə və istinad divarının sökülməli olduğu barədə bəzi mütəxəssislərin rəyinə münasibət bildirən baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədr Abid Şərifov deyib. A. Şərifov bildirib ki, bu, böyük və ciddi məsələdir: “Hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq. Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”. Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb. İstinad divarının yuxarı və orta hissəsində bərkitmə işlərinə başlanılsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında bildirib ki, istinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək, həmin istinad divarını söküb yenidən inşa etmək lazımdır. Geri dön |