Ana Sayfa > Ölkə > Azərbaycanda keçmiş deputat vəfat etdi

Azərbaycanda keçmiş deputat vəfat etdi


1-11-2017, 17:51. Yazar: admin
Azərbaycanda keçmiş deputat vəfat etdi


Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev dünyasını dəyişib.

aia.az report-a istinadən xəbər verir ki, o, 61 yaşında vəfat edib.

N.Quliyev yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkirmiş. Bu gün qəfildən vəziyyəti pisləşib. Onu Gəncədə xəstəxanaya çatdırsalar da həkimlər həyatını xilas edə bilməyib.

Qeyd edək ki, N.Quliyev I və II çağırış Milli Məclisin deputatı olub. O, 1995-2005-ci illərdə parlamentdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) təmsil edib. Daha sonra AXCP-dən istefa verib və Aydınlar Partiyasına keçib.

aia.az
Geri dön